Çay stəkanına belə sığmır: Yığım başladı

Bu gün, 11:24           
Çay stəkanına belə sığmır: Yığım başladı
Çanaqqalanın əsas gilas becərilən mərkəzlərindən biri olan Lapseki rayonunda, çay stəkanının boğazından keçməyəcək qədər böyük gilasların yığımına başlanılıb.

Sherg.az xəbər verir ki, hər gün toplanan meyvələr İstanbul bazarlarına göndərilir. Lapsekinin dadı və böyüklüyü ilə məşhur olan gilasları buradan da istehlakçıların süfrələrinə çatdırılır.

Lapseki gilası öz aromasını torpaq quruluşundan alır. Son günlərdə isə çay stəkanının boğazından keçməyəcək qədər iri və metal 5 lirə sikkəsindən böyük olan ‘Ziraat 900’ növü gilasların yığımına start verilib.

Lapsekidə bu il təxminən 7 min ilə 10 min dekar arasında sahədə gilas yetişdirilir. Çay stəkanına sığmayan ‘"Ziraat 900" növü gilas bazarda 400 TL-dən başlayan qiymətlərlə, ümumilikdə 400-500 TL arasında satılır.

13 ildir Lapsekidə gilas yetişdirən Cihat Gündüz isə çay stəkanına sığmayan, həm dadı, həm də ölçüsü ilə fərqlənən gilasların bağçasında 600-700 TL qiymət aralığında satır.

Lapsekidə 13 ildir gilas yetişdirən Gündüz bildirib:
“Artıq son bir həftədir ki, bu məhsul yetişir. Bir-birinə birləşib, rəngi tündləşəndə onsuz da stəkana sığmır. Qiymətlər çox yaxşıdır, daxili bazara gedir. İnternetlə, avtobuslarla, burada xəstə yaxınları, insanlar hədiyyə olaraq aparır.

Qiymətlərdən çox razıyıq. Meyvə bazarında 400-500 lirəyə gedir, amma biz bağçadan belə qiymətə 600-700 lirəyə sata bilirik. “Lapseki əjdahası” dediyimiz bu gilas, çay stəkanına sığmır. Yaxşı gilas çox böyük olur, bazarda da öz yerini tapır.

Yəni ən tez yetişən və ən iri gilasdır. Qarpıza çox tələbat yaranmamışdan, şaftalı da bazarda çoxalmamışdan qabaq çıxdığı üçün bazarda ciddi maraq görür. Baxım şərtdir. Kalsiumunu, kaliumunu müntəzəm olaraq veririk. Burada rayon kənd təsərrüfatı müdürümüz də çox maraqlanır bizimlə. Buraya tələlər qururuq, ziyanvericilərə qarşı tədbirlər görürük. Yəni hamısı bir araya gəlib gözəl bir məhsul çıxarır” deyə bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.