Azərbaycanda şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

7-06-2025, 11:38           
Azərbaycanda şagirdlərə yeni kitablar veriləcək -
Azərbaycanda bu il məktəblilər üçün dərsliklərin istehsalına xərclənəcək vəsaitin həcmi açıqlanıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Elm və Təhsil Nazirliyi bununla bağlı hazırlıqları başa çatdırıb.

Məlumata görə, məktəbəhazırlıq qruplarından tutmuş buraxılış siniflərinə qədər dərs vəsaitlərinin istehsalı 12 milyon 740 min manata başa gələcək.

Məktəbəhazırlıq qrupları üçün "Məktəbə hazırlaşırıq" adlı dərsliyindən Azərbaycan və rus dilində istehsalına 689 min manat vəsait sərf olunacaq.

Bildirilir ki, 1-2-ci siniflər üzrə dərsliklərin istehsalına 3 milyon 275 min manat, 3-4-cü siniflər üzrə dərsliklərin istehsalına 649 min manat, 5-6-cı siniflər üzrə kiçik və böyük ölçülü dərsliklərin istehsalına 3 milyon 726 min manat, 7-9-cü siniflər üzrə kiçik və böyük ölçülü dərsliklərin istehsalına 3 milyon manata yaxın, 10-11-ci siniflər üzrə kiçik və böyük ölçülü dərsliklərin istehsalına isə 1 milyon 400 min manat vəsait sərf olunacaq.

Eləcə də dövlət peşə təhsili müəssisələri üçün dərsliklərin istehsalı isə 475 min manata başa gələcək.

Nazirlik qeyd olunan dərsliklərin istehsalı ilə bağlı bir neçə nəşriyyat və poliqrafiya şirkəti ilə ümumi dəyəri 12 milyon 740 manat olan müqavilələr bağlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru