Obama ilə Ərdoğan dövlət çevrilişini müzakirə etdi

19-07-2016, 23:54           
Obama ilə Ərdoğan dövlət çevrilişini müzakirə etdi
ABŞ prezidenti Barak Obama türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla keçirdiyi telefon danışığı zamanı Fətulah Gülənin ekstradisiyası ilə bağlı məsələ ətrafında müzakirə aparıblar.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə brifinq zamanı Ağ Evin mətbuat katibi Coş Ernest bildirib.

Onun sözlərinə görə, prezidentlər hazırda ABŞ-da yaşayan Gülənin statusunu müzakirə ediblər.

“Türkiyə hökuməti elektron şəkildə cənab Gülənin statusuna dair materialları təqdim edib. Bu materiallar ABŞ və Türkiyə arasında 30 il əvvəl imzalanmış “Ekstradisiya haqqında” sazişə uyğun olaraq Dövlət Departamenti və Ədliyyə Nazirliyi tərəfindən tədqiq ediləcək”, – deyə Ernest qeyd edib.

O əlavə edib ki, Obama və Erdoğan həmçinin Türkiyədə dövlət çevrilişinə cəhdin istintaqı məsələsinə də toxunublar.

“Obama dövlət çevrilişinə cəhdin istintaqında bir daha hərtərəfli yardım təklif edib”, – deyə Ernest qeyd edib.

Onun sözlərinə görə, Obama Türkiyənin demokratik yolla seçilmiş hökumətinə ABŞ-ın dəstəyini təsdiqləyərək, dövlət çevrilişinə cəhdin istintaqının demokratik prosedurlara uyğun şəkildə aparılmasının vacibliyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru