İrəvanda etirazçılar barrikadalar qurdu

20-07-2016, 10:11           
İrəvanda etirazçılar barrikadalar qurdu
İrəvanda etirazçılar silahlı şəxslərin ələ keçirdiyi polis şöbəsinin qarşısında barrikadalar qurublar.

APA-nın verdiyi xəbərə görə, etirazçılar polis qüvvələrinin qarşısında avtomobillər, zibil çənləri, dəmir çəpərlər və sair vasitələrdən istifadə edərək barrikadalar qurmağa başlayıblar.

“Nəticədə polis şöbəsinin binasına aparan yollar polisin nəzarətində, ərazidən çıxış isə etirazçıların nəzarətindədir”, - deyə "Sputnik Ermənistan" bildirir.

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onları polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb.

Girov saxlanılan şəxslər arasında Ermənistan polisinin rəis müavini general-mayor Vardan Yegiazaryan və İrəvan polisinin rəis müavini polkovnik Valeri Osipyan var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.