Türkiydəki çevrilişi bu ölkələr hazırlayıb – ŞOK

20-07-2016, 10:17           
Türkiydəki çevrilişi bu ölkələr hazırlayıb – ŞOK
Türkiyədə baş verən hərbi çevrilişin arxasında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misir dayanır.

Axar.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının təqaüddə olan kəşfiyyatçısı “Breitbart Yerusəlim”ə açıqlamasında deyib.

Sabiq kəşfiyyatçının sözlərinə görə, ABŞ-da mühacir həyatı yaşayan Fətullah Gülən BƏƏ-yə gizli səfər edib:

“Türkiyə Fətullah Gülənin ötən həftə çevriliş planını tamamlamaq üçün BƏƏ səfərini və Misirin çevrilişə cəhddə əli olub-olmadığını araşdırır. Əgər Gülən həqiqətən BƏƏ-yə gedibsə, Türkiyə konkret sübutlar əldə edəcək.

Ankara Misir Prezidenti Əbdülfəttah Sisi və BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd Zayedin məsləhətçisi, keçmiş Fələstin rəsmisi Məhəmməd Dahlanın oynadığı rolu da araşdırır. Çünki Türkiyə Dahlanı Müsəlman Qardaşları təşkilatının ən qatı əleyhdarı olaraq görür”.

Xatırladaq ki, bir neçə gün əvvəl Misirin BMT Təhlükəsizlik Şurasının Türkiyədəki hərbi çevrilişi qınaması ilə bağlı açıqlamasına veto qoyması iddia edilib. Lakin rəsmi Qahirə bu xəbəri təkzib edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.