Türkiyə hökumətinin həyata keçirdiyi həbslər qanuni və anlaşılandır - Amerika nəhayət ki yola gəldi...

20-07-2016, 11:20           
Türkiyə hökumətinin həyata keçirdiyi həbslər qanuni və anlaşılandır - Amerika nəhayət ki yola gəldi...
ABŞ xarici işlər nazirliyinin sözçüsü Mark Toner Türkiyədə dövlət çevrilişi cəhdindən sonra həyata keçirilən həbslərin qanuni olduğunu deyib.

Avropa.info xəbər verir ki, Toner türk xalqının seçdiyi hökumətə qarşı dövlət çevrilişinə cəhd göstərildiyinə diqqət çəkərək, həyata keçirilən həbslərin anlaşılan olduğunu bildirib.

"Türkiyə hökuməti xalqının təhlükəsizliyini təmin etmək üçün, dövlət çevrilişi edənlərə qarşı həbslərə başlayıb. Çox ciddi təhlükə altında olduqlarını hiss edirlər. Türkiyə hökumətinə, cümə günü baş verən hadisələrdən sonra sakit olmasını və eyni zamanda ölkə konstitusiyasının təqdim etdiyi qaydada addımlar atması yönündə çağrış etdik. Hazırda Türkiyə hökumətinin üzərində böyük bir stress var" deyə Toner qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.