Hindistanda hərbi gəmiyə ilk dəfə qadın komandir təyin edilib

2-12-2023, 15:14           
Hindistanda hərbi gəmiyə ilk dəfə qadın komandir təyin edilib
Hindistan Hərbi Dəniz Qüvvələri ilk dəfə bir qadını gəmiyə komandir təyin edib.

Bu barədə Hindistan Hərbi Dəniz Qüvvələrinin baş komandanı admiral Hari Kumar ölkədə dekabrın 4-də qeyd olunan Hərbi Dəniz Qüvvələri Günü ərəfəsində keçirdiyi brifinqdə bildirib.

“Biz Hindistan hərbi gəmisinə ilk qadın komandir təyin etdik”, - deyə, Kumar bildirib.

“Bu, qərb sahilində yerləşən sürətli döyüş gəmilərimizdən biridir. İlk dəfədir ki, qadın zabit təyin edirik. Biz bütün ixtisas proseslərindən, sonra isə imtahanlardan keçməliydik. O, gəmiyə rəhbərlik etməzdən əvvəl əlavə təlim keçəcək”, - deyə o, əlavə edib.
Bildirilir ki, qadın komandir Rusiyanın Kalininqrad vilayətində yerləşən “Yantar” zavodunda hazırlanmış və 2013-cü ildə Hindistan Hərbi Dəniz Qüvvələrində xidmətə daxil olan “Trikand” freqatında xidmət edəcək.

Hindistan Hərbi Dəniz Qüvvələri 30 il əvvəl qadın zabitləri işə götürməyə başlayıb. Baş komandanın sözlərinə görə, hazırda Hindistan Hərbi Dəniz Qüvvələrində 1 mindən çox qadın xidmət edir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru