Mask yenə rekorda imza atdı: 800 kilometr məsafə, iki milyon sifariş - FOTO/VİDEO

2-12-2023, 16:34           
Mask yenə rekorda imza atdı:
Amerikalı milyarder İlon Maskın “Tesla” şirkəti “Cybertruck” pikapının kütləvi satışına başlayıb. Elektrikli pikapın ən ucuz versiyası 60 990 dollara (103,5 min manat) başa gələcək ki, bu da 2019-cu ildə vəd edilən 40 min dollardan (68 min manat) xeyli çoxdur.

Pikapın ən güclü versiyası olan “Cyberbeast”, eləcə də tam ötürücülü versiyaları 2024-cü ildən başlayaraq müştərilərə müvafiq olaraq 100 min dollar (170 min manat) və 80 min dollarlıq (136 min manat) başlanğıc qiymətlərlə təqdim olunacaq.

Şirkətdən verilən məlumata görə, avtomobil 1,5 tondan çox yük daşıya, 96 km/saat sürəti 2,9 saniyəyə yığa və bir akkumulyatorun doldurulması ilə 800 km məsafə qət edə biləcək.

“Cybertruck” sifarişləri artıq 2 milyona çatıb.
Qeyd edək ki, “Cybertruck”ın imkanlarının sərgiləndiyi videoda Mask pikapın pulemyotla atəşə tutulma anını göstərib. Kadrlarda maşının gövdəsi əzilsə də, deşilmədiyi görünür.

Bundan əvvəl “Tesla” şirkəti pikapı oxla sınamasının görüntülərini paylaşmışdı.
https://t.me/aznovost/68036












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru