ABŞ Konqresindən qovulan Corc Santos qeyri-adi qazanc yolu tapıb

8-12-2023, 15:43           
ABŞ Konqresindən qovulan Corc Santos qeyri-adi qazanc yolu tapıb
Özünü “Konqresin keçmiş rəmzi” adlandıran Corc Santos istifadəçilərin aktyorlar, idmançılar və digər məşhurlardan fərdi mesajlar sifariş edə biləcəyi video paylaşma platformasında debüt edib.

Şəxsi profilinin arxivləşdirilmiş versiyalarına görə, Santos hər video üçün 75 dollar qonorarla işə başlayıb və tez bir zamanda onu artıraraq 350 dollara çatdırıb.

Qeyd edək ki, Santos ABŞ tarixində Konqresdən qovulan Nümayəndələr Palatasının altıncı üzvü olub. Ötən ay parlamentdən uzaqlaşdırılan konqresmen dələduzluq və pul oğurluğu da daxil olmaqla, 23 maddə ilə ittiham olunub. Santos həm də tərcümeyi-halını saxtalaşdırmaqla da tanınır.
Mənbə: kp.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru