Britaniyada radioaktiv pişiklər peyda olub - FOTO

10-12-2023, 13:04           
Britaniyada radioaktiv pişiklər peyda olub - FOTO
Böyük Britaniyanın Siskeyl şəhər sakinləri Sellafild nüvə kompleksinin yaxınlığında bir dəstə sahibsiz radioaktiv pişiklərin peyda olmasından şikayətləniblər.

Bildirilir ki, Avropanın ən böyük nüvə obyekti olan Sellafilddə işçilər onları tullantılarla qidalandırıb və illərlə nəhəng buxar borularının istisi altında saxlayıblar.

“Radiation Free Lakeland” (RAFL) qrupu sahibsiz pişiklərin nəcislərində plutonium və sezium izləri olduğunu iddia edir.

Nüvə şirkəti nümayəndələri ittihamları rədd etsələr də, bəzi işçilər pişikləri yedizdirdiklərinə görə intizam cəzası ilə üzləşiblər.


Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru