Zelenski ABŞ-yə səfərə gedir

11-12-2023, 10:33           
Zelenski ABŞ-yə səfərə gedir
Ukraynanın prezidenti Volodimir Zelenski, dekabrın 11-də Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə gedəcək, orada ölkə prezidenti Co Baydenlə görüşəcək, bir sıra danışıqlar aparacaq.

Bu barədə Ukraynanın Prezident Aparatının Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Vaşinqtonda keçiriləcək danışıqlarda əsas mövzular arasında Ukrayna və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsi, xüsusən də silah və hava hücumundan müdafiə sistemlərinin istehsalı üzrə birgə layihələr, eləcə də gələn il iki ölkənin səylərinin əlaqələndirilməsi olacaq.
Ukrayna prezidentinin səfərini Ağ Ev də təsdiqləyib. Zelenskinin Baydenlə görüşü dekabrın 12-də baş tutacaq.

Mənbə: novosti.dn.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru