Roma Papası Azərbaycan və Ermənistan liderlərini sülh müqaviləsi bağlamağa çağırıb

11-12-2023, 10:18           
Roma Papası Azərbaycan və Ermənistan liderlərini sülh müqaviləsi bağlamağa çağırıb
Roma Papası Fransisk dekabrın 10-da ənənəvi bazar günü xütbəsi zamanı Cənubi Qafqazda sülhə ümid etdiyini bildirib.

“Mən xeyli sayda Ermənistan və Azərbaycan hərbçilərinin azad edilməsindən məmnunam. Mən Ermənistan və Azərbaycan arasında bu müsbət əlamətə, Cənubi Qafqazda sülhə böyük ümidlə baxıram”, deyən Papa hər iki xalqı öz liderləri ilə birlikdə “mümkün qədər tez” sülh müqaviləsi bağlamağa çağırıb.

Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini azad edir, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir. Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru