Paşinyan yenidən hakim partiyanın iclasını keçirdi
13-12-2023, 11:19
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının rəhbərliyi ilə növbəti görüş keçirib.
Bu barədə məlumatı partiyanın Mətbuat xidməti yayıb.
İclas zamanı bir sıra siyasi məsələlərin müzakirə edildiyi bildirilib.
Ermənistan mediası Paşinyanın son zamanlar partiya yoldaşları ilə çox tez-tez görüşlər keçirdiyinə diqqət çəkib. Sonuncu belə görüş dekabrın 9-u baş tutub. qafqazinfo