"Mossad" rəhbəri Qətərin Baş naziri ilə görüşüb

18-12-2023, 07:44           
"Mossad" rəhbəri Qətərin Baş naziri ilə görüşüb
İsrailin "Mossad" kəşfiyyat xidmətinin rəhbəri David Barnea Qəzzadakı israilli girovların azad edilməsi məsələsini müzakirə etmək üçün Avropa ölkələrinin birində Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Amerikanın Axios portalı mənbələrə istinadən məlumat yayıb.

Bu, Qəzzada döyüşlərin bərpasından sonra yüksək vəzifəli İsrail və Qətər rəsmiləri arasında ilk görüş olub.

Portalın mənbələrindən biri danışıqların “yalnız başlanğıc” olduğunu bildirib və prosesin “uzun, çətin və qarışıq olacağını” vurğulayıb.

Mənbələrin bildirdiyinə görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Berns və Misir kəşfiyyatının rəhbəri Abbas Kamel görüş barədə məlumatlandırılıb və onlar girovlarla bağlı razılaşmanın təmin edilməsi üçün səyləri yeniləməyə kömək edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru