Konqoda seçkidə iştirak edən iki namizəd öldürülüb

18-12-2023, 11:09           
Konqoda seçkidə iştirak edən iki namizəd öldürülüb
Konqo Demokratik Respublikasında dekabrın 20-də keçiriləcək parlament seçkilərində iştirak edən iki namizəd dekabrıb 15-də müxtəlif insidentlərdə öldürülüb. Bu barədə məlumat verən hüquq qrupu seçki zorakılığının səsverməyə xələl gətirməsi riski ilə bağlı xəbərdarlıq edib.

Hakim koalisiyanın Konqo şərqindəki Cənubi Kivu əyalətində namizədi cümə axşamı kampaniyadan qayıdarkən naməlum silahlı şəxslər tərəfindən öldürülüb. Bu barədə regional hökumət rəsmisi Reuters agentliyinə bildirib.

Hakim koalisiyanın Konqo şərqindəki Şimali Kivu əyalətindəki daha bir namizədi seçki kampaniyası karvanının pusquya salındıqdan sonra cümə günü axşam saatlarında aldığı güllə yaralarından ölüb. Məlumatı Beni xəstəxanasının direktoru Ceremi Muhindo Reuters agentliyinə verib.

Konqoda gələn həftə parlament seçkiləri keçiriləcək. Zorakılıqla yanaşı, müxalifət partiyaları və müstəqil müşahidəçilər xəbərdarlıq ediblər ki, qeyri-qanuni seçici vəsiqələri, seçki kampaniyası məhdudiyyətləri və seçki siyahılarının gecikdirilməsi nəticələrin legitimliyinə təhlükə yaradır.

Human Rights Watch təşkilatının 16 dekabr hesabatında deyilir ki, seçki ilə bağlı zorakılıq seçkilərə xələl gətirmək riski yaradır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru