Almaniya məcburi hərbi çağırışı bərpa edə bilər

18-12-2023, 08:51           
Almaniya məcburi hərbi çağırışı bərpa edə bilər
Almaniyada Silahlı Qüvvələrə məcburi çağırış bərpa oluna bilər.

"Report" xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius “Welt” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkədə İsveç nümunəsi olan hərbi xidmətə çağırış sistemi tətbiq edilməlidir. Belə ki, İsveçdə 2017-ci ildən bütün oğlan və qızlar hərbi xidmətə cəlb olunurlar. Onlar hərbi komissiya tərəfindən xidmətə hazır olduqlarını müəyyən etmək üçün yoxlanılır, ancaq kiçik bir hissəsi hərbi xidmətə çağırılır.

Almaniyada hərbi xidmət indi tamamilə könüllüdür. Bundan əlavə, 1949-cu il qanununa görə, qadınlar hərbi xidmətdən azaddırlar.

“İsveç modeli bu qaydaların dəyişdirilməsi demək olardı. Alman hərbi ekspertləri bu təşəbbüsü alqışlayır və hesab edirlər ki, bu, Bundesverə kadr böhranını aradan qaldırmağa imkan verəcək. Bununla belə, hakim koalisiyaya daxil olan liberal FDP partiyası artıq bunu vətəndaş azadlıqlarının ciddi şəkildə pozulması adlandırıb”, – nəşr yazır.

Qeyd edək ki, Almaniyada 2011-ci ildə məcburi hərbi xidmət ləğv edilib. Bu, Bundesver üçün kəskin kadr çatışmazlığına səbəb olur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru