İranda 57 milyard dollarlıq korrupsiya

19-12-2023, 09:14           
İranda 57 milyard dollarlıq korrupsiya
İranda korrupsiyanın ümumi məbləği 57 milyard dollar qiymətləndirilir.

Bu barədə “Azad İran” kanalı məlumat yayıb.

“Ölkədə hər ay daha böyük korrupsiya xəbərləri olacaq. İranda iri mənimsəmələrdə baş verən oğurluqların ümumi məbləği 57 milyard dollardan çox qiymətləndirilir. Bu rəqəm Cənubi Koreyanın Beynəlxalq Valyuta Fondundan götürdüyü ümumi kreditə bərabərdir və müflisləşmiş iqtisadiyyatını xilas etməklə yanaşı, dünyanın ən yaxşı iqtisadiyyatına sahib 10 ölkədən birinə çevrilib”, - deyə İran parlamentinin keçmiş üzvü və Əllamə Təbatəbai Universitetinin professoru Hişmətullah Fəlahətpişe bununla bağlı bildirib.

O, hakimiyyət rəsmilərinin yanaşma tərzinin daha böyük korrupsiya hallarına yol açacağını qeyd edib. Parlamentin keçmiş üzvü ifşa edilən böyük korrupsiya halları qarşısında İbrahim Rəisi hökuməti və parlamentin səssiz qalmasını kəskin tənqid edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru