Çində güclü ZƏLZƏLƏ - Ölənlərin sayı yüzü ÖTDÜ

19-12-2023, 10:09           
Çində güclü ZƏLZƏLƏ - Ölənlərin sayı yüzü ÖTDÜ
Çinin şimal-qərbindəki Qansu və Çinxay əyalətlərində baş vermiş zəlzələ qurbanlarının sayı azı 116 nəfərə çatıb.

Bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, 1,5 mindən çox xilasedicinin iştirak etdiyi fəlakət zonasında genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.

Qeyd edilir ki, Qansuda ölənlərin sayı 100-ə çatıb, Çinxayda isə 11 nəfər ölüb. Daha əvvəl 230-dan çox insanın xəsarət aldığı bildirilirdi.

Telekanalın məlumatına görə, Çin Sədri Si Szinin insanların axtarışı və xilas edilməsi, eləcə də Qansuda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün səylərin göstərilməsinə tapşırıq verib.

Axtarış-xilasetmə işləri çətin meteoroloji və coğrafi şəraitlə çətinləşib. Gecə zəlzələ zamanı çöldə havanın temperaturu -14 dərəcəyə enib.//Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru