İrəvan polisi qiyamçılara və nümayişçilərə divan tutmağa hazırlaşır

26-07-2016, 23:52           
İrəvan polisi qiyamçılara və nümayişçilərə divan tutmağa hazırlaşır
İrəvanda qiyamçılar tərəfindən ələ keçirilmiş polis polku alayı ətrafına içərisində güc strukturlarının xüsusu qüvvələrinin olduğu 5 avtobus gətirilib. Şahidlər qiyamçılara qarşı xüsusi əməliyyatın keçiriləcəyini istisna etmirlər.
Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyanın verdiyi məlumata görə, bu arada Ermənistan Polisinin keçmiş rəhbəri Aşot Manuçaryan sensasiyalı bəyanatla çıxış edib. Onun sözlərinə görə, üsyançılar və hakimiyyət orqanları arasında danışıqlarda vasitəçi Qarabağ separatçılarının keçmiş lideri Arkadi Qukasyan ola bilər.
Erməni polisi də öz növbəsində bəyanat yayaraq xəbərdarlıq edib ki, Xorenatsi küçəsində təkrar mitinqlərə cəhd olsa, buna imkan verməyəcəklər.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti bu gün xüsusi bəyanat yayıb. Bəyanatda deyilir: “Silahlı qruplaşmanın cinayətkar davranışları getdikcə bütün sərhədləri keçərək daha təhlükəli xarakter alır.
Ermənistan Polisinin patrul-mühafizə alayının binasını nəzarətdə saxlayan silahlı qruplaşma üzvləri yeni cinayətlər törətməməklə bağlı çoxsaylı çağırışların əksinə olaraq hüquq-mühafizə orqanları əməkdaşlarının həyat və sağlamlığına qəsd etməyə, onların əmlakını məhv etməyə davam ediblər. Məhz onların hərəkətlərinin nəticəsi idi ki, iyulun 26-na keçən gecə atışma baş verdi və qan töküldü.
Cinayətkar qrupun niyyətləri və fəaliyyətləri barədə məlumatlı olduğumuz üçün xəbərdarlıq edirik: İnsanların həyat və sağlamlığına olan bütün təhdidlər qanuni cavab tədbirləri ilə dərhal neytrallaşdırılacaq”.
Ermənistan xüsusi xidmət qiyamçılar arasındakı söhbətin səsyazısını da yayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.