Aİ Fələstinə maliyyə yardımı ayırıb

23-12-2023, 08:24           
Aİ Fələstinə maliyyə yardımı ayırıb
Avropa İttifaqı Fələstin dövlətinə maliyyə yardımı edəcək.

APA "France24"ə istinadən xəbər verir ki, Avropa Komissiyası İordan çayının qərb sahilini idarə edən Fələstin dövlətinə dəstək üçün 118 milyon avro (130 milyon dollar) yardım paketi qəbul etdiyini bildirib.

Komissiya bu yardımın İordan çayının qərb sahilindəki məmurların maaş və təqaüdlərinin, ehtiyacı olan ailələrə sosial müavinətlərin və Şərqi Qüds xəstəxanalarına tibbi ehtiyaclarının ödənilməsinə ayrılacağını bildirib.

Qeyd olunub ki, bu maliyyə yardımı Qəzza üçün ayrılmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru