İsrail HƏMAS-Ia bir həftəlik atəşkəsə hazır olduğunu bildirdi

23-12-2023, 07:57           
İsrail HƏMAS-Ia bir həftəlik atəşkəsə hazır olduğunu bildirdi
İsrail Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən anklavda saxlanılan 35-ə yaxın girovun geri qaytarılması üçün Qəzza zolağında bir həftəlik fasilə təklif edib.

Bu barədə yüksək rütbəli Amerika rəsmiləri məlumat verib.

Onların sözlərinə görə, bu girovlar qrupuna qadınlar, qocalar və yaralı kişilər daxil olacaq. HƏMAS nümayəndələrinin bu təklifə necə cavab verdiyi barədə isə məlumat yoxdur.
Qeyd edək ki, daha əvvəl İsrail Prezidenti İshaq Hersoq yəhudi dövlətinin Qəzzada növbəti humanitar fasiləyə və girovların azad edilməsi üçün anklav əhalisinə daha çox yardım göstərməyə hazır olduğunu açıqlayıb. Lakin qeyd edib ki, buna görə məsuliyyət tamamilə HƏMAS rəhbərliyinin üzərinə düşür. Həmin gün İsrail Baş naziri Benyamin Netanyahu təsdiqləyib ki, iki dəfə “Mossad” rəhbərini girovların azad edilməsi ilə bağlı danışıqlar aparmaq üçün Avropaya göndərib. İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, radikallar Qəzza zolağında 130-a yaxın adamı saxlamağa davam edir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru