Polşa Prezidenti dövlət mediasının maliyyələşdirilməsi haqqında qanuna veto qoyub

24-12-2023, 11:09           
Polşa Prezidenti dövlət mediasının maliyyələşdirilməsi haqqında qanuna veto qoyub
Polşa Prezidenti Anjey Duda dövlət mediasının maliyyələşdirilməsini nəzərdə tutan büdcə qanununa veto qoyub.

Bu barədə Duda sosial şəbəkədə bildirib.

“Mən dövlət mediası üçün 3 milyard zlotı (760 milyon dollar) daxil olan 2024-cü il büdcə qanununa veto qoymağa qərar verdim. Konstitusiyanın və demokratik hüquqi dövlət prinsiplərinin kobud şəkildə pozulmasına yol verilməməlidir”, – o yazıb.

Prezidentin sözlərinə görə, parlament çoxluğunun büdcə qanunu vasitəsilə dövlət mediasının maliyyələşdirilməsinə pul ayırmaq cəhdi qəbuledilməzdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru