Gürcüstandan Ermənistan və Türkiyəyə gedən yollar yük maşınları üçün bağlandı

24-12-2023, 15:14           
Gürcüstandan Ermənistan və Türkiyəyə gedən yollar yük maşınları üçün bağlandı
Güclü qar yağması ilə əlaqədar Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti qoşqulu və yarımqoşqulu avtomobillər üçün Ermənistan və Türkiyə ilə sərhədə gedən yolları bağlamaq qərarına gəlib.

Bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

“Güclü qar və buzla əlaqədar Xaşuri - Axaltsixe - Vale və Axaltsixe - Ninosminda beynəlxalq avtomobil yolunda qoşquların və yarımqoşquların hərəkəti qadağan edilib”, - məlumatda bildirilib.
Avtomobil yolları departamenti əlavə edib ki, tutumu 30 və daha çox nəfər olan avtomobillərin magistral yollarda hərəkəti qadağan edilib, digər avtomobillərin isə magistral yollarda hərəkətinə icazə verilib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru