İsrail Misir hərbi qüvvələrinin Refah sərhəd bölgəsindən çəkilməsini istəyib

25-12-2023, 09:24           
İsrail Misir hərbi qüvvələrinin Refah sərhəd bölgəsindən çəkilməsini istəyib
İsrail Ordusu Misir hərbi qüvvələrinin Refah sərhəd bölgəsindən çəkilməsini istəyib.

APA-nın Türkiyənin “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, İsrail Ordusu Qəzza zolağında Refah sərhəd bölgəsi yaxınlığında əməliyyat keçirməyə hazırlaşdığını, əməliyyat dövründə Misir nüvvələrinin təhlükəsizliyinə məsuliyyət daşımayacaqlarını bildirib.

Eyni zamanda Misirin qəbul edib-etməməsindən asılı olmayaraq, İsrail Ordusu əməliyyatı davam etdirəcəyini nəzərə çatdırıb.

Qeyd edək ki, hazırda Refah sərhəd-keçid məntəqəsi Qəzza zolağının Misir üzərindən dünyaya açılan yeganə yoludur. Qəzza zolağına humanitar yüklər məhz Refah sərhəd-keçid məntəqəsindən keçməklə çatdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru