Vuçiç nümayişlər fonunda Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb - VİDEO

25-12-2023, 10:18           
Vuçiç nümayişlər fonunda Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb -  VİDEO
Serbiya prezidenti Aleksandr Vuçiç paytaxt Belqrad şəhərində baş verən nümayişlər fonunda Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Bu barədə TV Pink məlumat yayıb.

Qeyd edək ki, polis əməkdaşları kütləvi şəkildə Belqrad administrasiyasının meydanına gələrək etirazçıları qovublar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları meydanın perimetri boyu mövqe tutaraq binaya baxış keçirib və ətrafına canlı qalxan düzüblər. Hadisə yerinə həmçinin Serbiyanın Daxili İşlər Nazirliyinin rəhbəri Bratislav Qasiç də gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru