Latviya sərxoş sürücülərdən aldığı 270 maşını Ukraynaya bağışladı
25-12-2023, 19:35
Latviya artıq sərxoş sürücülərdən müsadirə edilən 270-dən çox avtomobili Ukraynaya verib.
Bu barədə "Delfi" nəşri məlumat yayıb.
2023-cü ilin fevralından Latviya sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə vətəndaşlardan müsadirə edilən 270-dən çox avtomobili Ukraynaya verib. Onların ümumi dəyəri 900 min avronu keçib. 160 min avro dəyərində daha 34 avtomobilin transferi nəzərdən keçirilir.
Fevralda Latviya Seymi Ukraynanın mülki əhalisinə dəstək haqqında qanuna dəyişiklik edib. Onlar Latviyaya Ukrayna Silahlı Qüvvələrinə və müharibədən zərər çəkmiş ukraynalılara kömək etmək üçün müsadirə edilmiş avtomobilləri Ukrayna hökumətinin mülkiyyətinə keçirməyə icazə veriblər.