Putin zarafatla Lukaşenkodan Rusiyaya yumurta göndərilməsini istəyib - VİDEO

26-12-2023, 10:08           
Putin zarafatla Lukaşenkodan Rusiyaya yumurta göndərilməsini istəyib - VİDEO
Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenkodan zarafatla xəsis olmamağı və Rusiya Federasiyasına yumurta tədarük etməyi xahiş edib.

Bu barədə TASS məlumat yayıb.

Ali Avrasiya İqtisadi Şurasının iclasında çıxış edən Lukaşenko bildirib ki, ölkəsi demək olar ki, 100% öz istehsalı olan məhsullarla - taxıl, donuz əti, quş əti, süd, tərəvəz, bitki yağları ilə təmin olunub.

Belarus lideri toyuq yumurtasına xüsusi diqqət yetirib.

“Bizə bir az ver! Xəsislik etməyin”, - deyə Putin gülümsəyərək cavab verib.

Bu arada Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev Rusiyada yumurtanın qiymətinin Yeni ildən sonra ucuzlaşmağa başlayacağını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru