Rusiya bu ölkədə səfirlik açacaq
26-12-2023, 12:59

Rusiyanın Burkina-Fasonun paytaxtı Uaqduqudakı səfirliyi dekabrın 28-də fəaliyyətə başlayacaq.
"Cebhe.info" xəbər verir ki, bu barədə Fil Dişi Sahilində çalışan bir rus diplomatı məlumat yayıb.
“Rusiyanın Fil Dişi Sahili və Burkina-Fasodakı səfiri Aleksey Saltıkov dekabrın 28-də Burkinabe rəsmiləri, dost ölkələrin diplomatik nümayəndələri, KİV və vətəndaşların iştirakı ilə Uaqduquda səfirliyin yenidən açılması ilə bağlı rəsmi mərasim keçirəcək” , - deyən diplomat Saltıkovun yeni səfir təyin olunana qədər Rusiyanın Burkina-Fasodakı səfiri vəzifəsini icra edəcəyini də sözlərinə əlavə edib.
Diplomat deyib ki, Burkina-Fasodakı səfirliyin işçilərin sayına görə Qərbi Afrikadakı Rusiyanın əksər diplomatik nümayəndəliklərinə uyğun olacaq.
Xatırladaq ki, avqust ayında Rusiyanın Baş naziri Mixail Mişustin Rusiyanın Ekvatorial Qvineya və Burkina Fasodakı səfirliklərinin 2023-cü ildə yenidən açılması haqqında sərəncam imzalamışdı.
Rusiya Prezidenti Vladimir Putin Rusiya-Afrika Sammitinin plenar iclasında Rusiyanın Burkina Faso və Ekvatorial Qvineyada səfirliklərinin yenidən açılması planlarından danışmışdı.
Putin bunun Afrika ölkələri ilə siyasi, iqtisadi, humanitar, mədəni və turizm sahələrində əməkdaşlığın əhəmiyyətli dərəcədə aktivləşdirilməsi üçün real praktiki addım olacağını vurğulamışdı.