Polşada dövlət televiziyası, radio və xəbər agentliyi ləğv edilib

28-12-2023, 00:18           
Polşada dövlət televiziyası, radio və xəbər agentliyi ləğv edilib
Polşanın mədəniyyət və milli irs naziri Varfolomey Senkeviç Polşa dövlət televiziya kanalı, radio və xəbər agentliyinin ləğv olunduğunu elan edib.
Bu barədə xarici KİV məlumat yayıb.

“Prezidentin dövlət mediasının maliyyələşdirilməsini dayandırmaq qərarı ilə əlaqədar mən Telewizja Polska S.A., Polskie Radio S.A., Polskiej Agencji Prasowej S.A. şirkətlərini ləğv etmək qərarına gəldim”, – Senkeviç deyib.

O, aydınlaşdırıb ki, indiki vəziyyətdə bu, həmin şirkətlərin davamlı fəaliyyətini təmin edəcək, lazımi restrukturizasiyanı həyata keçirəcək və maliyyə çatışmazlığı səbəbindən işçilərin ixtisarının qarşısını alacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru