Trampın ilkin səsvermədə iştirakına icazə verildi

28-12-2023, 09:24           
Trampın ilkin səsvermədə iştirakına icazə verildi
Miçiqan Ali Məhkəməsi 14-cü düzəliş əsasında ABŞ-nin keçmiş prezidenti Donald Trampı 2024-cü il seçki bülletenindən kənarlaşdırmaq cəhdini rədd edib.

Həmin düzəliş dövlətə qarşı üsyan və ya üsyanda iştirak edən keçmiş hökumət rəsmilərinin Nümayəndələr Palatasının və Senatın təsdiqi olmadan seçilməsini qadağan edir.

Qeyd olunur ki, Miçiqan ştatında məhkəmə prosesi sentyabrda bir qrup seçici adından “Free Speech For People” hüquq müdafiə təşkilatı tərəfindən qaldırılıb. Qurumun Minnesota ştatında da oxşar qərara etiraz etmək cəhdi uğursuz olub.
Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru