ABŞ-də prezidentliyə namizəd FTB-ni ləğv edəcəyini vəd edib - FOTO
1-01-2024, 13:04
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Vivek Ramasvami bildirib ki, seçkidə qalib gələrsə, Federal Təhqiqatlar Bürosunu (FTB) ləğv edəcək.
O, bu niyyətini “X” sosial şəbəkə hesabında bildirib.
“FTB-də “islahat etmək” mümkün deyil. Düzgün çıxış yolu onu bağlamaqdır”, - deyə Ramasvami yazıb. Onun sözlərinə görə, ABŞ prezidentinin də oxşar səlahiyyətləri var və o, qalib gələrsə, FTB-nin ləğvi üçün tədbirlər görməyə hazırlaşır.