Məktəbli formaları belə olacaq - FOTO

Bu gün, 17:34           
Məktəbli formaları belə olacaq - FOTO
"Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarına əsasən, ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq olunur".

Bu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib:
"Valideynlər, xüsusilə övladları birinci sinfə başlayanlar məktəbli forması barədə ətraflı məlumatı agentliyin və yerli bölmələrinin “Çağrı” mərkəzlərindən, eləcə də uşaqlarının təhsil alacağı məktəbdən əldə edə bilərlər".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru