Ceffri Saks: “ABŞ-nin xarici siyasəti korrupsiyaya uğramış bir fırıldaqdır”

1-01-2024, 21:03           
Ceffri Saks: “ABŞ-nin xarici siyasəti korrupsiyaya uğramış bir fırıldaqdır”
“ABŞ-nin xarici siyasəti bir uğursuzluqdan digərinə aparan korrupsiya fırıldağıdır”.

“Report” xəbər verir ki, bunu professor, Kolumbiya Universitetinin Dayanıqlı İnkişaf Mərkəzinin direktoru Ceffri Saks deyib.

Onun sözlərinə görə, hazırda geosiyasətdə genişmiqyaslı seysmik dəyişiklik baş verir və bunun nəticəsində ABŞ dünyadan, demək olar ki, tam təcrid rejimini seçib:

“Baş verənlər Prezident Cozef Baydenin dünyanın ABŞ-yə lider kimi baxdığı fantaziyasına qəti şəkildə ziddir”.
Professor vurğulayıb ki, ABŞ-nin xarici siyasətində uğursuzluq prosesi 2020-ci ildə başlayıb:

“2014-cü ilin fevralında yeni hökumət NATO-nu genişlənməyə çağıracaqdı, amma əlimizdə olan doqquz ildir davam edən müharibədir, burada Ukraynanı parçalayırlar, çünki tərəfimiz bu planı tamamilə uğursuz edib. Uğursuzluqlar bir-birinin ardınca baş verir. Onlar mənim, bizim və ya ABŞ xalqının maraqlarına cavab verən heç bir şeydə qalib gəlmirlər”.

C.Saks qeyd edib ki, bu il hərbi xərclər və müdafiə ilə bağlı büdcə təxminən 1,5 trilyon ABŞ dollarına qədər artırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru