Estoniyada nikahların bərabərliyi tətbiq edildi

2-01-2024, 15:03           
Estoniyada nikahların bərabərliyi tətbiq edildi
Estoniyada nikah bərabərliyi qanunu qüvvəyə minib.

Sənədə əsasən, iki yetkin şəxs cinsindən asılı olmayaraq nikaha daxil ola bilər.

“Bu, illərlə davam edən hüquqi çaşqınlığa son qoyan, bütün Estoniya sakinlərinə təhlükəsizlik hissi və bərabər hüquqlar verəcək tarixi hadisədir”, - ölkənin sosial müdafiə naziri Siqne Riisalo bu qanunun tətbiqini şərh edərkən deyib.

O, əsassız qorxuların azalacağına və bu qərarı tənqid edənlərin yanıldıqlarını başa düşəcəklərinə ümid etdiyini bildirib.
Qeyd edək ki, Estoniyada eyni cinsdən olan cütlüklər evlilikdən əlavə, birgə yaşayış müqaviləsi bağlamaq imkanına da malikdirlər.

Mənbə: İnterfaks












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru