Zelenski: Kanada Ukraynanı əlavə NASAMS HHM sistemləri ilə təmin edib
2-01-2024, 11:25
Ukrayna Prezidenti Vladimir Zelenski Kanadanın baş naziri Castin Trüdo ilə danışıqlar aparıb.
Ukrayna liderinin Teleqram kanalının verdiyi məlumata görə, Zelenski Trüdoya əlavə NASAMS hava hücumundan müdafiə sistemləri və onlar üçün mərmilərin tədarükünə görə təşəkkür edib.