Yaponiyada dəhşətli zəlzələ: ölənlərin sayı artdı

2-01-2024, 08:43           
Yaponiyada dəhşətli zəlzələ:
Yaponiyanın mərkəzində ən güclüsü 7,6 bal olan bir neçə zəlzələ baş verib.
Bakupost.az xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Ölkənin bütün qərb sahilləri üçün sunami təhlükəsi elan edilib. Milli Meteorologiya İdarəsinin məlumatına görə, bəzi ərazilərdə sunami dalğalarının hündürlüyü 5 m-ə çatır.
Yaponiyanın Honsyu adasında müxtəlif maqnitudalarda ən azı beş güclü zəlzələ baş verib. Yeraltı təkanlar hətta Tokioda da hiss olunub. Yerli sakinlər dərhal sahilyanı əraziləri tərk etməyə və ya binaların damlarına çıxmağa çağırılır. Yapon ictimai televiziyasının diktoru canlı yayımda sahilyan ərazilərdə yaşayan sakinləri 2011-ci il zəlzələsini və sunamini xatırlamağa və dərhal qaçmağa çağırıb.
Fəlakətlə əlaqədar məlumat toplamaq və təhlil etmək üçün Baş nazir Fumio Kişidanın ofisində böhran qərargahı fəaliyyətə başlayıb.
Tələfat və dağıntılar barədə məlumat verilməyib. Baş nazir müvafiq nazirlik və idarələrə fəlakətin nəticələrinin aradan qaldırılması və yerli əhalinin qorunması üçün lazım olan hər şeyi etməyi tapşırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru