ABŞ təyyarədaşıyan gəmisini bölgədən çıxarır

3-01-2024, 09:08           
ABŞ təyyarədaşıyan gəmisini bölgədən çıxarır
ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığı Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən sonra Aralıq dənizinin şərqinə göndərdiyi dünyanın ən böyük hərbi gəmisi olan “Gerald R. Ford”u geri çağırıb.

Bu barədə açıqlamada təyyarədaşıyan gəminin mayın 2-də başlayan səkkiz aylıq səyahət çərçivəsində hərbi təyinatlı ilk yerdəyişməsindən sonra Virciniyaya qayıda biləcəyi bildirilib.

Qeyd edək ki, 2017-ci ildə Hərbi Dəniz Qüvvələrinin sərəncamına verilən “Gerald R. Ford” ABŞ donanmasının 40 ildən çox müddətdə layihələndirdiyi yeni və ən müasir təyyarədaşıyan gəmisidir.

“Gerald R. Ford” təyyarədaşıyan gəmisi oktyabrın əvvəllərində Aralıq dənizinin şərqinə gəlib.

Xatırladaq ki, oktyabrın 7-də Qəzzada yerləşən HƏMAS yaraqlıları İsrailin cənubuna qanlı hücum həyata keçirib. Buna cavab olaraq İsrail ordusu HƏMAS-a qarşı hərbi əməliyyata başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru