“Starlink” internet peyklərinin yeni partiyası orbitə çıxarıldı - FOTO/VİDEO

4-01-2024, 15:24           
“Starlink” internet peyklərinin yeni partiyası orbitə çıxarıldı - FOTO/VİDEO
“Falcon 9” daşıyıcı aparatı “Starlink” sisteminin qlobal internet əhatə şəbəkəsinin orbital qruplaşmasını artırmaq üçün 21 mini-peykdən ibarət daha bir partiyanı uğurla orbitə çıxarıb.

Raket ABŞ-nin Vandenberq Kosmik Qüvvələri bazasında (Kaliforniya) SLC-4E meydançasından buraxılıb.

“SpaceX” artıq 5 600-dən çox belə cihazı orbitə çıxarıb. Onlardan bəzilərində nasazlıq yaranıb, yaxud orbiti tərk ediblər. 5 200-dən çox internet peyki hazırda orbitdədir və işləyir.

Buraxılış çərçivəsində daşıyıcı raketin təkrar istifadə edilə bilən pilləsi ilk dəfə olaraq ayrıldıqdan sonra “Of Course I Still Love You” dəniz dron platformasına idarəolunan şaquli eniş edib.



Mənbə: İnterfaks.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru