ABŞ-ın vitse-prezidenti: ABŞ artıq Ukraynadakı münaqişəni maliyyələşdirməyəcək

Bu gün, 00:11           
ABŞ-ın vitse-prezidenti: ABŞ artıq Ukraynadakı münaqişəni maliyyələşdirməyəcək
ABŞ artıq Ukraynadakı münaqişəni maliyyələşdirməyəcək.

APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens Fox News-a müsahibəsində deyib.

O, bildirib ki, Vaşinqton bu məsələnin sülh yolu ilə həllinə nail olmaq istəyir:

“Əgər avropalılar təşəbbüsü üzərilərinə götürüb Amerika istehsalçılarından silah almaq istəyirlərsə, ABŞ buna qarşı deyil, lakin artıq bunu maliyyələşdirməyəcək”.

ABŞ-ın vitse-prezidentinin dediyinə görə, Tramp əmindir ki, Alyaskada Putinlə keçiriləcək görüş görülən səylərə dəyər:

“Bu danışıqlar Amerika diplomatiyası üçün əhəmiyyətli irəliləyişdir. ABŞ hazırda Putinin və Zelenskinin bir masa arxasında əyləşərək münaqişənin dayandırılmasını müzakirə edə biləcəyi vaxtı razılaşdırma prosesindədir. Vaşinqton Ukraynadakı münaqişənin mövcud təmas xəttini nəzərə alaraq həllinə çalışır”.

O, eyni zamanda qeyd edib ki, Tramp, Çin Xalq Respublikasının Rusiya nefti almasına görə gömrük rüsumları tətbiq etməyi düşünür, lakin hələlik yekun qərar verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru