Rusiya-ABŞ sammitindən əvvəl Rusiya – Ukrayna prezidentləri - Vladimir Putin və Vladimir Zelenski arasında əlaqələrin məhsuldar olacağına inanmırıq.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ vitse-prezidenti Ceyms Di Vens deyib.
"Mən bunun məhsuldar olacağını düşünmürəm. Düşünürəm ki, prinsipcə, ikisini bir araya gətirən ABŞ prezidenti olmalıdır. Biz ukraynalılarla mütləq danışacağıq", - deyə o bildirib.