ABŞ-da prezidentliyə yeni namizəd müəyyənləşib 4-01-2024, 09:48 Kiçik Robert Kennedi ABŞ prezidentliyinə namizədliyini irəli sürmək üçün Yuta ştatında lazımi sayda imza toplayıb.APA-nın məlumatına görə, bu barədə siyasətçinin rəsmi saytında məlumat verilib.Beləliklə, ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək yeni namizəd müəyyənləşib.Yanvarın 5-də kiçik Kennedinin səsvermə ilə bağlı planlarını açıqlayacağı gözlənilir. Facebook-da paylaş