Argentina məhkəməsi Prezident Mileyin qərarına qarşı çıxıb

4-01-2024, 10:17           
Argentina məhkəməsi Prezident Mileyin qərarına qarşı çıxıb
Argentina məhkəməsi Prezident Xavyer Mileyin əmək qanunları ilə bağlı fərmanını qismən dayandırıb.

“Report” xəbər verir ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb.

Ölkənin ən böyük həmkarlar ittifaqı assosiasiyası “Confederacion General del Trabajo” Mileyin fərmanına qarşı şikayət verdikdən sonra məhkəmə işə baxıb və belə qərara gəlib ki, Argentina Prezidentinin ölkə Konqresinin təsdiqi olmadan fərmanla əmək qanunvericiliyi islahatları aparmağa əsası yoxdur.

Həmkarlar ittifaqlarının narazılığına ilk növbədə, fərmandakı təşkilatların və işçilərin iqtisadiyyatın bir sıra sahələrində - nəqliyyat, təhsil, səhiyyə və rabitə sahələrində tətil keçirmək hüququnu əhəmiyyətli dərəcədə məhdudlaşdıran bənd səbəb olub.

Sınaq müddətinin 3 aydan 8 aya qaldırılmasından da narazılıq yaradıb.

Bundan əvvəl Argentinanın yeni hökuməti parlamentə islahatlar paketi təqdim edib.

Daha əvvəl isə Buenos-Ayresdə etiraz aksiyası keçirilib, iştirakçılar Prezident Xavyer Mileyin islahatlarından narazılıqlarını ifadə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru