Krım yaxınlığında ABŞ-ın pilotsuz təyyarəsi görüntüləndi - FOTOLAR

5-01-2024, 10:17           
Krım yaxınlığında ABŞ-ın pilotsuz təyyarəsi görüntüləndi - FOTOLAR
ABŞ-yə məxsus “RQ-4B Global Hawk” strateji yüksək hündürlükdə kəşfiyyatçı pilotsuz təyyarəsi Qara dənizdə Rusiya sərhədi yaxınlığında ilin əvvəlindən bəri ilk uçuşunu həyata keçirib.

Bu barədə “ItaMilRadar” saytı məlumat verib.

İtaliyanın Siciliya adasındakı Siqonella aviabazasından havaya qalxan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarə yarımadanın sahillərindən cənuba doğru təxminən 20 saat uçub. Eyni zamanda uçuş Rusiya sərhədlərindən xeyli aralı məsafədə həyata keçirilib.

Bu cür uçuşlar 2023-cü ilin martında ABŞ Hərbi Hava Qüvvələrinin “MQ-9 Reaper” pilotsuz təyyarəsi ilə baş verən insidentdən sonra əvvəlkilərdən daha böyük məsafədə həyata keçirilir. ABŞ hərbçilərinin o zaman verdikləri bəyanata görə, “MQ-9 Reaper” pilotsuz təyyarəsi Rusiyanın “Su-27” təyyarəsi onun yanından uçduqdan sonra dənizə düşüb. Rusiya Müdafiə Nazirliyi isə Rusiya qırıcılarının Qara dəniz üzərində ABŞ pilotsuz uçan aparatına qarşı silah istifadə etmədiklərini, qəzanın səbəbinin təyyarənin qəfil manevr dəyişdirməsi olduğunu bildiriblər.

Nəticədə ABŞ kəşfiyyat pilotsuz təyyarələri Rusiya sərhədlərindən daha uzaq məsafədə uçuşlar həyata keçirməyə başlayıblar ki, bu da ABŞ hərbçilərinin fikrincə, alınan kəşfiyyat məlumatlarının həcmini azaldıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru