Baydenin oğlunun başı dərddə: Gələn həftə ittiham irəli sürüləcək

6-01-2024, 00:08           
Baydenin oğlunun başı dərddə: Gələn həftə ittiham irəli sürüləcək
Yanvar ayında Milad tətilindən qayıtdıqdan sonra ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Co Baydenin oğlu Hunteri ABŞ Konqresinə hörmətsizlikdə ittiham edən qətnaməyə səsverməyə başlamaq niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə hüquq və xalq komitələrinin bəyanatlarında deyilir.

Qeyd olunur ki, dövlət başçısının oğlu ötən ilin dekabrında ifadə verməyə gəlməyərək iki qanuni çağırışa qəsdən məhəl qoymayıb.

"Gələn həftə biz onu federal qanunları pozaraq Konqresə hörmətsizlik etdiyinə görə məsuliyyətə cəlb etmək üçün qətnaməni və ona əlavə edilmiş hesabatı nəzərdən keçirəcəyik", - bəyanatda deyilir.
Qeyd olunur ki, Hanter Baydenin məhkum edilməsi ilə bağlı Nümayəndələr Palatasının iclası yanvarın 10-da keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru