ÜST yenidən maska taxmağa çağırıb - FOTO

6-01-2024, 10:38           
ÜST yenidən maska taxmağa çağırıb - FOTO
Bir çox ölkədə bir neçə həftə ərzində yoluxma halların sayının artması səbəbindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus bütün dünyada insanları yenidən maska ​​taxmağa və koronavirusa qarşı peyvənd olunmağa çağırıb.

Bununla bağlı o, özünün “X” hesabında paylaşım edib.

“Bir neçə həftədir ki, bir çox ölkələrdə koronavirus və qripin səbəb olduğu respirator xəstəliklərin sayı artmaqdadır. Bunun son bayramlardan sonra da davam edəcəyi gözlənilir”, - deyə Tedros bildirib.

O, həmçinin hər kəsə koronavirus infeksiyasına dair testdən keçməyi və simptomları olduqda həkimə müraciət etməyi tövsiyə edib.
“Təsiri azaltmaq üçün maskalardan, havalandırmadan istifadə etməyə və məsafə saxlamağa davam edin. Həmçinin özünüzün və yaxınlarınızın koronavirus və qripə qarşı peyvənd olunduğundan əmin olun”, - deyə ÜST rəhbəri bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru