Kim Çen In “qan çanağı”na getdi: 10 yaşlı qızını da apardı

6-01-2024, 15:37           
Kim Çen In “qan çanağı”na getdi:
Şimali Koreya lideri Kim Çen In ballistik raketlər üçün mobil raket buraxılış qurğuları istehsal edən zavoda baş çəkib.

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Onu qızı Kim Çju-e və partiya üzvləri müşayiət edib. Səfər zamanı Şimali Koreya lideri istehsalın gedişi ilə tanış olub və zavodda istehsal olunan iri reaktiv daşıyıcı raketlərə baxıb. Kim Çen In zavodun 2023-cü il üçün istehsal planını artıqlaması ilə yerinə yetirdiyini də qeyd edib. Onun sözlərinə görə, müəssisə dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi kimi tarixi vəzifənin icrasında məsuliyyətli rol oynayır. KXDR lideri zavod qarşısında yeni vəzifələr də qoyub.

Bundan əvvəl Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin (MXK) rəhbəri vəzifəsinə namizəd Ço Tae Yonq bildirib ki, onun qızı Kim Çen Inın varisi kimi hazırlanır . Kim Çju-e-nin ictimai çıxışları və ictimai tədbirlərdə ona olan hörmət səviyyəsinin təhlili əsasında nəticə çıxarılıb.

Təxminən 10 yaşında olduğu güman edilən Çju-e ilk dəfə 2022-ci ilin noyabrında atası ilə birlikdə Hvasong-17 qitələrarası ballistik raketinin buraxılışında iştirak edərkən ictimaiyyət qarşısında çıxış edib.
Publika












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru