Çinlə müharibə, Rusiyada ÇEVRİLİŞ: 2024-ün ŞOK PROQNOZLARI

7-01-2024, 09:08           
Çinlə müharibə, Rusiyada ÇEVRİLİŞ: 2024-ün ŞOK PROQNOZLARI
Amerikanın “Politico” nəşri 2024-cü il üçün ən gözlənilməz, lakin ehtimal olunan hadisələrin siyahısını dərc edib.

Qəzetin müsahibə götürdüyü ekspertlər siyahıya ABŞ-da prezident seçkilərinin pozulması, yadplanetlilərin kəşfi və rəqəmsal apokalipsisin daxil olduğunu qeyd ediblər.

“Eurasia Group” siyasi risk konsaltinq şirkətinin rəhbərinin fikrincə, Baydenin maraqlarına görə ölkədə seçkiqabağı vəziyyət qızışdığından ABŞ-ın azad və ədalətli seçkilər keçirə bilməyəcəyi ehtimalı var.

“Bulwark” qəzetinin baş redaktoru qeyd edib ki, 2020-ci ildə heç kim pandemiya gözləmirdi. Bu baxımdan o, qlobal rəqəmsal virusun insanlığa yoluxa biləcəyini, iqtisadiyyat üçün fəlakətli nəticələrə səbəb ola biləcəyini etiraf edib.

Ekspertlər 2024-cü ilin digər ehtimal olunan ən pis hadisələri kimi Çinlə müharibəni və Rusiyada çevrilişi göstəriblər.\\Lent.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru