Pentaqon rəhbəri reanimasiyada yatdığı müddətdə vəzifələrini qadın məmura etibar edib

7-01-2024, 11:04           
Pentaqon rəhbəri reanimasiyada yatdığı müddətdə vəzifələrini qadın məmura etibar edib
ABŞ müdafiə naziri Lloyd Ostin yanvarın birində xəstəxanaya yerləşdirilib və dörd gün reanimasiya şöbəsində yatıb.

Bu barədə adı açıqlanmayan iki məmur məlumat verib.

Qeyd olunub ki, Yaxın Şərqdəki gərginlik fonunda Pentaqonun rəhbəri vəzifələrini onun müavini, ABŞ tarixində Senat tərəfindən 2021-ci ildə bu vəzifəyə təsdiqlənən ilk qadın olan Ketlin Hiksə ötürməli olub.
Daha əvvəl isə Pentaqonun mətbuat katibi Patrik Rayder Lloyd Ostinin artıq tam olaraq öz vəzifəsinə qayıtdığını bildirib. Lakin o, 70 yaşlı nazirin diaqnozunu açıqlamayıb.

Mənbə: NBC












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru