ABŞ-li hüquqşünaslardan “Google”un polisə yardım göstərməsi ilə bağlı qadağa tələbi

7-01-2024, 16:14           
ABŞ-li hüquqşünaslardan “Google”un polisə yardım göstərməsi ilə bağlı qadağa tələbi
ABŞ-nin cinayət işləri üzrə Vəkillər Assosiasiyası və “Electronic Frontier” fondu Pensilvaniya Ali Məhkəməsindən “Google”a açar sözlər üzrə rəqəmsal axtarışda polisə kömək etməyi dayandırmağı xahiş edib.

Hüquqşünaslar hesab edirlər ki, “Google”un köməyi ilə polis istifadəçilərin şəxsi həyatına müdaxilə edir. Onların fikrincə, bu praktika Konstitusiyaya ziddir.

Hüquq-mühafizə orqanları 2016-cı ildən Pensilvaniyada qadını zorlayan cinayətkarın müvəffəqiyyətlə yaxalanmasından sonra “Google” ilə işləyir. Məlum olub ki, təcavüzkar “Google” xidmətlərindən istifadə edərək qurbanın adını və ünvanını axtarırmış. Bu hadisədən sonra “rəqəmsal izləmə” praktikası geniş yayılıb.
Qeyd edək ki, oktyabr ayında Kolorado məhkəməsi rəqəmsal nəzarəti qadağan etməkdən imtina edib. Eyni zamanda məhkəmə qeyd edib ki, polis bu üsula yalnız ağır cinayətlərin araşdırılması zamanı müraciət edə bilər.

Mənbə: Bloomberg












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru