ABŞ-ın təyyarədaşıyan gəmisi Aralıq dənizini tərk edib
7-01-2024, 11:23
ABŞ-a məxsus “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi aviadaşıyıcı zərbə qrupu 2023-cü ilin iyun ayından bəri əməliyyatlar apardığı Aralıq dənizini tərk edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın 6-cı donanması məlumat yayıb.
Pentaqon rəhbəri Lloyd Ostin Yaxın Şərqdəki münaqişə səbəbindən təyyarədaşıyan zərbə qrupunun Aralıq dənizinin şərqində yerləşdirilməsi müddətini bir neçə dəfə, o cümlədən yanvarın ortalarında uzadıb.
Qeyd edək ki, ilkin plana görə, “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisi “USS Dwight D. Eisenhower”i əvəz etməli idi, lakin oktyabrın 17-də Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqh hər iki gəminin Yaxın Şərq bölgəsində saxlanılması qərarını açıqlayıb.